"Neftçi"nin futbolçusu Donald Gerye klubundan ayrılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə 31 yaşlı yarımmüdafiəçi özünün "İnstaqram" səhifəsində məlumat verib:

"Yeni bir başlanğıc vaxtıdır. Təşəkkürlər "Neftçi", hər şey gözəl idi".

Qeyd edək ki, Gerye ötən yaydan "Neftçi"də oynayırdı.