"Neftçi"nin üzvü Baqali Dabo "Apollon"a transfer olunmağa çox yaxındır.

Offsideplus.az xəbər verir ki, bu barədə Kipr mətbuatına açıqlamasında fransalı forvardın özü deyib.

Hücumçu limasollularla rəsmi müqavilə imzalamadığını bildiriib:

"Apollon"la danışıqlar davam edir. Çox əla komandadırl. Azərbaycan Premyer Liqası ilə bağlı qərarı gözləyirəm. "Apollon"a transfer olunmağım an məsələsidir. Bu cür klub mənimlə maraqlandığı üçün çox xoşbəxtəm. Transferin baş tutması üçün çempionatın bitməsi lazımdır".