"İki aydan çoxdur ki, futbolsuz qalmışıq. Ciddi psixoloji durum yaratmayıb. Lakin çox istəyərdim ki, ən qısa müddətdə oyunlar başlasın".

Bu sözləri Offsideplus.az-a açıqlamasında "Zirə"nin üzvü İlkin Muradov deyib.

Yarımmüdafiəçi istənilən çempionatın başa çatdırılmasının tərəfdarı olduğunu bildirib:

"İstəyərdik ki, çempionat oyunları bərpa olunsun. Azarkeşlərsiz keçirilməsi məsləhətdirsə, biz heçnə deyə bilmərik. Fanatlarla daha maraqlı olardı, amma əsas insan sağlamlığıdır. Çempionatın başa çatdırılmasının tərəfdarı deyilik. Belə olan təqdirdə Avropa Liqasından kənarda qalacağıq. Halbuki dördüncü pillədə qərarlaşan "Sumqayıt"la xalımız eynidir. Belə vəziyyətdə Avropa Liqasından kənarda qalmağımız ədalətsizlikdir. Biz futbolçuyuq. İstənilən vəziyyətdə oynamağa hazırıq. Lazım olsa, "qızıl oyun"da da meydana çıxa bilərik. İstənilən halda Avropa Liqasında mübarizə aparmaq istəyirik".