Qadınlardan ibarət A milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində aprelin 9-da keçirilməli olan Polşa - Azərbaycan matçının yeni tarixi məlum olub.

Offsideplus.az xəbər verir ki, koronavirusla əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmış oyun, UEFA tərəfindən təsdiq olunmuş təqvimə əsasən, oktyabrın 23-də keçiriləcək.

Həmçinin iyunun 5-də keçirilməli olan Çexiya - Azərbaycan görüşünün oktyabrın 27-də keçirilməsinə qərar verilib.