"Bakı"nın sabiq üzvü Lukas Mario Horvat Sloveniya mətbuatına açıqlama verib.

Offsideplus.az xəbər verir ki, argentinalı futbolçu Dieqo Maradona və Lionel Messini müqayisə edib.

"Alüminium" klubunun üzvü hər iki futbolçunun xüsusi istedadı olduğunu bildirib:

“Harada oynamışamsa, orada mənə yaxşı olub. Əgər nəyinsə qalibi olmuşuqsa, təəssüratlar daha yaxşı olub. Argentinada tanınmayan, görünməyən, amma müstəsna bacarığa malik əla oyunçular çoxdur. Maradona və Messinin hər ikisinin tərəfdarıyam. Dieqo hələ də böyük əhəmiyyət kəsb edir. Lionel isə 15 ilə yaxındır ən yüksək zirvədədir”.