Azərbaycanlı məşqçi Vəli Qasımov Rusiya mətbuatına açıqlama verib.

Offsideplus.az xəbər verir ki, müxətəssis 2015-2016-cı illərdə çalışdığı "Neftçi"dən ayrılmaq səbəbini açıqlayıb:

"Əvvəlcə idman direktoru olaraq çalışdım. Sonra rəhbərlik komandaya əcnəbi məşqçi gətirməyə qərar verdi. Bir neçə nəfərlə danışıqlar aparılsa da, sonda razılıq əldə olunmadı. Bu səbəbdən də məni baş məşqçi təyin etdilər. Lakin tezliklə klubdaxili söhbətlərə görə "Neftçi"dən ayrılmalı oldum".