Futbol agenti Palesa Mkhize "Səbail"in legioneri Hendrik Ekşteynlə yollarını ayırması barədə danışıb.
Offsideplus.az xəbər verir ki, o, "Soccerladuma" nəşrinə açıqlamasında cənubi afrikalının ona xəyanət etdiyini bildirib:
"Bir daha onunla maraqlanmayacağımı açıq şəkildə bildirdim. Onunla işim qurtardı. Harada olursa olsun, Ekşteynə hər şeyin ən yaxşısını arzulayıram, kin saxlamıram. Bu, onun insanlığını göstərir. Belə bir insanla işləyə bilmərsiniz. O, ikinci dəfə mənə eyni şeyi etdi. Klubla müqavilə imzalayandan sonra məni başqa bir agentə dəyişdi. Yenidən mənimlə işləyəndən sonra yaxşı çıxış etməyə başladı. Danışıqların buna təsir etdiyini bilmirəm. Həmişə futbolçularla danışıram və oyunlarını inkişaf etdirmələrini deyirəm. "Kayzer Çifs"də son altı ayda yaxşı oyun sərgilədi. Ölkə xaricində yeni anlaşma əldə etdikdən sonra pis hadisələrin olacağını hiss etdim. Sadəcə, tarixin təkrarlandığını bilirdim".
Qeyd edək ki,Hendrik Ekşteyn qış fasiləsində "Sabah"dan "Səbail"ə transfer olub.