"Qəbələ"nin üzvü Amin Seydiyev karyerasını "Sabah"da davam etdirəcək.

Offsideplus.az-a daxil olan məlumata görə, 22 yaşlı futbolçunun transferi üçün paytaxt klubu əyalət təmsilçisinə 107 min avro ödəyib (200 min AZN). "Göy-ağ"lar Amin Seydiyevlə 3 illik müqavilə imzalayıblar.

Qeyd edək ki, gənc müdafiəçi mövsümün sonuna kimi karyerasını "Qəbələ"də davam etdirəcək.