Milli komandamızın qapıçısı Kamran Ağayev Makedoniyaya qarşı keçirilən yoxlama oyunu haqda danışıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli qolkiper bildirib ki, 90 dəqiqə ərzində üstün tərəf millimiz olub:

“Qələbə qazanmaq istəyirdik. Rəqibin bir neçə futbolçusu güclü klublarda çıxış etsə də, vacib olan komanda şəklində bir-birini anlamaq, başa düşməkdir. Bu oyunda hər iki qol penalti zərbəsindən vuruldu. Oyun heç-heçə başa çatsa da, üstün tərəf biz idik. Xüsusilə də, ikinci hissədə onlara real qol epizodu yaratmaq imkanı vermədik. 

Əvəzində biz yaxşı oynadıq, hətta hesabı artırmağa da yaxın olduq. Yoldaşlıq oyunu olsa belə, meydana ancaq qələbə qazanmaq üçün çıxmışdıq. Çünki oyunun statusundan asılı olmayaraq, ölkəmizi təmsil edirik”.