FFA Klublar Komitəsinin sədri Riad Rəfiyev futbolçu və məşqçilərin koronavirus testindən keçirilməsi barədə AFFA-nın tövsiyəsinə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Rəfiyev "Report"a açıqlamasında proseduru bilmədiyi üçün nə isə deməyin tez olduğunu bildirib. O, məşq və çempionatların bərpası üçün qərar veriləcəyi təqdirdə, öncədən Peşəkar Futbol Liqası (PFL) və milli assosiasiya ilə danışacaqlarını söyləyib.
"Sumqayıt" klubunun prezidenti çempionatın bərpasından sonra müəyyən qaydaların tətbiq olunacağını bildirib: "Bu qaydalara bütün klublar riayət etməlidir. AFFA və PFL-lə danışdıqdan sonra daha ətraflı məlumat verə bilərəm".
Qeyd edək ki, AFFA klublara futbolçu və məşqçi heyətinin müvafiq testdən keçirilməsini tövsiyə edib. Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. PFL daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayn 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.