“Sumqayıt”ın üzvü Aleksey İsayev karyerasını Rusiyada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi ilə "Ural" yaxından maraqlanır.

Rusiya mətbuatında yayılan məlumata görə, hazırda tərəflər arasında danışıqlar davam etdirilir.

Qeyd edək ki, İsayev bu mövsüm “Sumqayıt”da 11 oyuna çıxıb. O, ümumilikdə 987 dəqiqə meydanda olub.