"Qarabağ"ın futbolçusu Abdullah Zubir karyerasını Yunanıstanda davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə "Newspao" nəşri yayıb.

28 yaşlı yarımmüdafiəçi ilə "Panatinaykos" yaxından maraqlanır. Futbolçunun agentlər tərəfindən Afina təmsilçisinə təklif olunduğunu bildirilib.

Fransalı futbolçunun Ağdam təmsilçisi ilə bu yay müqaviləsi başa çatır. "Panatinaykos" məhz bu amildən istifadə edərək futbolçunu heyətinə qatmaq istəyir.