"Belarusla oyunu analiz edib baxdıq ki, çatışmayan cəhətlərimiz nə idi.

Makedoniya ilə matçda həmin səhvləri təkrarlamamağa çalışacağıq".

Offsideplus.az xəbər verir ki, bu sözləri “CBC Sport”a açıqlamasında millimizin üzvü Maksim Medvedev deyib.

Makedoniya ilə sabah Antalyada keçirləcək yoldaşlıq oyunundan öncə fikirlərini açıqlayan müdafiəçi bu dəfə daha diqqətli olacaqlarını bildirib: “İndiki rəqib Belarusdan güclüdür. Daha sürətli futbol nümayiş etdirirlər. Onlara qarşı daha diqqətli olmalıyıq. Belarusa uduzmağımıza baxmayaraq, komandada əhval-ruhiyyə pis deyil. Nəzərə almaq lazımdır ki, yoldaşlıq oyunlarıdır və heyətdə tez-tez dəyişikliklər olur. Ona görə adaptasiyada bir az problem var. Amma yavaş-yavaş bir-birimizə öyrəşirik. Gələcəkdə belə davam etsək, daha yaxşı nəticələr əldə edə bilərik".

Qeyd edək ki, Azərbaycan – Makedoniya matçı Bakı vaxtı ilə 20:00-da başlayacaq