Bu gün 21 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi yığmamız səfərdə İrlandiya ilə qarşılaşacaq.

Qeyd edək ki, bu, Rəşad Sadıqovun rəhbərliyi ilə millimizin ikinci oyunu olacaq. Komandamız bundan əvvəl səfərdə Kosovoya 0:2 hesabı ilə uduzub. Ümumiyyətlə, komandamız qrupda keçirdiyi 6 oyunda qələbə qazana bilməyib. 5 dəfə uduzan millimizin 1 heç-heçəsi var.


27 mart

Avropa çempionatı 

Seçmə mərhələ

V qrup
 
22:30. İrlandiya - Azərbaycan
Hakimlər:
 Filip Qlova, Peter Kovaç, Yan Pozor, Pavol Çmura (hamısı Slovakiya)
Tallaght stadionu (Dublin)