Demba Ba "Nyukasl"ın gələcəyi ilə bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, "Başakşəhər"in üzvü köhnə komandası ilə bildirib:

“Əgər bu baş verəcəksə, mən çox şad olaram. "Nyukasl"ı çox sevirəm və mən orada çox gözəl vaxt keçirmişdim. Əgər bu proses uğurlu alınsa, o zaman komanda top klublardan birinə çevriləcək. Mən əslində top deməli deyiləm, onsuz da "Nyukasl" İngiltərənin top klublarından biri hesab olunur. Amma artıq titul və Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparmaq üçün daha bir əsasları olacaq. Buna görə də, ərəblərin komandanı alması həm "Nyukasl", həm də Premyer Liqa üçün ancaq yaxşı olacaq”.