21 yaşa qədər fubolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsində martın 26-da keçirilməli olan İsveçrə - Azərbaycan oyunu koronavirus pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmışdı.

Offsideplus.az xəbər verir ki, AFFA ilə İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıqlı razılıq əsasında qarşılaşma bu il noyabrın 12-də keçiriləcək.

Oyunun stadionu və başlanma vaxtı barədə əlavə məlumat veriləcək.