Şimali İrlandiya yığmasının baş məşqçisi Martin O'Nil istefa verib.

Offsideplus.az xəbər verir ki, komanda Avro-2020-yə vəsiqə qazanmaq üçün pley-off oyunları keçirməli idi. Ancaq koronavirus səbəbindən bu matçlar təxirə salınıb. Tərəflər bu ərəfədə əməkdaşlığa son verməyə qərar verib.

O'Nil istefası ilə bağlı bildirib ki, federasiya ilə müzakirədən sonra kənara çəkilmək üçün ən yaxşı vaxt olduğunu düşünüb.