"Səbail"in üzvü Maykl Essyen Azərbaycan haqda danışıb.

Offsideplus.az xəbər verir ki, qanalı yarımmüdafiəçi Rusiyanın "Match TV" kanalına açıqlamasında ölkəmizin nəqliyyat sistemindən və yeməklərindən bəhs edib:

“Dostlarımla Bakı barədə söhbət edəndə, bu şəhərin harada olduğunu da bilmədilər. Qohumlarım məni görməyə gələndə, buranı çox bəyəndilər. Bakıda, ümumiyyətlə, tıxac yoxdur. Bir neçə il İndoneziyada oynadım, oradakı vəziyyət Azərbaycandakından 20 qat pisdir. Buranın mətbəxi çox dadlıdır, amma yeməklər kalorilidir".