Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov hazırda idman yarışlarının bərpası kimi məsələnin gündəmdə olmadığını bildirib.

İ.Məmmədov komandaların məşqlərə başlamasının nə dərəcədə mümkünlüyü barədə sualı cavablandırıb: "Mən Operativ Qərargan adından deyə bilərəm ki, hazırda gündəlikdə belə bir məsələ yoxdur. Azərbaycanda kütləvi tədbirlərin bərpası kiminsə iradəsindən asılı məsələ deyil. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkədə karantin rejimi mayın 4-dək uzadılıb".

Qeyd edək ki, Azərbaycan Premyer Liqası və I Divizionda mövsüm martın 13-dən dayandırılıb. Çempionat bərpa olunanadək ilk növbədə, futbolçulara məşqlərə başlamaları üçün də icazə verilməlidir.

Daha əvvəl Oğuzda karantin qaydalarını pozaraq futbol oynayan bir qrup şəxs cərimələnib (Report).