"Neftçi"nin futbolçusu Donald Gerye "Qarabağ"a keçidində Haiti prezidentinin rolundan danışıb.

Offsideplus.az xəbər verir ki, "Haiti-Tempo" nəşrinə açıqlamasında bu barədə danışan yarımmüdafiəçi pasport probleminə toxunub:

"Polşa "Visla"sında çıxış edərkən "Volfsburq" komandası ilə yoldaşlıq görüşündə yaxşı oynayıb qol vurduqdan sonra Almaniya təmsilçisinin nümayəndələri mənim klubumla əlaqə saxladılar. Lakin həmin an yalnız Haiti pasportuna sahib olmağım məni çıxılmaz vəziyyətdə qoydu. "Qarabağ"la müqavilə imzalamağım da problem oldu. Pasport məsələsi işimi asanlaşdırmadı. Məhz buna görə ölkəmizin prezidentinə zəng etdilər ki, məsələnin həllində yardımçı olsun".

Haiti millisinin sol cinah oyunçusu milliyə çağırılan futbolçuların diplomatik pasporta sahib olmalarına icazə verilməsi üçün ölkəsinin rəhbərliyinə müraciət edib. 

Qeyd edək ki, Donald Gerye 2017 - 2019-cu illərdə "Qarabağ"ın formasını geyinib. O, cari mövsümdən "Neftçi"də çıxış edir.