2011/2012 mövsümündən Premyer Liqada mübarizə aparan “Sumqayıt”ın əsas komandasında 10 illik tarix ərzində ümumilikdə 12 qapıçının xidmətindən istifadə edilib.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, bu illər ərzində komandanın heyətində ən çox oyun keçirmiş qapıçı, milli komandamızın da üzvü olmuş Andrey Popoviçdir. 2011/12 və 2014/15 mövsümləri ərzində “Sumqayıt”da çıxış etmiş 28 yaşlı qolkiper ümumilikdə 59 oyunda meydanda olub. Qolkiper hazırda Ukraynanın “Minay” komandasında çıxış edir.

Popoviçdən 8 oyun az keçirən Fərhad Vəliyev (51 oyun) bu siyahıda ikinci, hazırda komandanın şərəfini qoruyan Mehdi Cənnətov isə üçüncü pillədə qərarlaşıb. 2016/17 mövsümünün ikinci yarısında “Anji”dən transfer olunan Cənnətov indiyə qədər “Sumqayıt”ın heyətində 45 oyuna çıxıb.

Siyahıda yer alan 12 qapıçıdan üçü - Fərhad Vəliyev, Elçin Sadıqov və Sahil Kərimov artıq karyeralarını başa vurub.
Andrey Popoviç – 59
Fərhad Vəliyev – 51
Mehdi Cənnətov – 45
Səlahət Ağayev – 38
Şahrudin Məhəmmədəliyev – 33
Anar Nəzirov – 17
Tərlan Əhmədli – 11
Elçin Sadıqov – 8
Rəşad Əzizli – 7
Sahil Kərimov – 4
Anar Məhərrəmov – 2
Aydın Bayramov – 1