İtaliya millisinin sabiq futbolçusu Andrea Pirlo "mavi eskadra"ya qayıda bilər.

Offsideplus.az xəbər verir ki, "maestro" İtaliya Futbol Federasiyasının nümayəndələri ilə görüşüb.

Antonio Konte və ya Karlo Ançelotti millinin sükanı arxasına keçsə, Pirlo məşqçilər korpusuna daxil ediləcək. Millinin baş məşqçisi 2018-ci il dünya çempionatının startına kimi müəyyənləşəcək. Pirlo peşəkar futbolçu karyerasını 2017-ci ilin dekabrında "New York City"də başa vurmuşdu.