21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilir.
Offsideplus.az xəbər verir ki, millimizin mübarizə apardığı 5-ci qrupda iki görüş oynanılıb.
Yığmamız səfərdə Kosovo ilə qarşılaşıb. Bu, baş məşqçi Rəşad Sadıqovun rəhbərliyi altında komandamızın ilk rəsmi oyunu idi. Sadıqovun debütu uğurlu alınmayıb. Belə ki, ikinci yarıda qapısında 2 top görən millimiz səfərdə xalsız qalıb.
Qrupun digər oyununda Almaniya İsraili məğlub edib.
22 mart
Kosovo - Azərbaycan - 2:0
Qollar: Florent Hasani, 54, Besfort Kolgeci, 61
Baş hakim: Donald Robertson (Şotlandiya)
Mitrovitsa. Adem Yaşari Olimpiya stadionu