Bakının “Zirə” klubunun tarixində Premyer Liqa oyununa çıxan ən gənc futbolçu Rafael Məhərrəmli olub.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisinin heyətində 2018/19 mövsümündə debüt edən oyunçu 19 yaş 4 ay 12 günlüyündə ilk oyununu keçirib. O, komandanın tarixində 20 yaşı olmadan Premyer Liqa qarşılaşmasına çıxan 4 futbolçudan biridir.

Məhərrəmlidən sonra klub tarixində oyun keçirən ən gənc oyunçuların siyahısını ardıcıllıqla təqdim edirik:

1. Rafael Məhərrəmli – 19 yaş 4 ay 12 gün
10.02.2019. “Səbail” – “Zirə” – 0:2

2. Vüsal İsgəndərli – 19 yaş 10 ay 10 gün
13.09.2015. “Sumqayıt” – “Zirə” – 0:0

3. Adil Nağıyev – 19 yaş 10 ay 28 gün
09.08.2015. “Zirə” – AZAL – 1:0

4. Yusif Nəbiyev – 19 yaş 11 ay 10 gün
13.08.2017. “Zirə” – “Səbail” – 2:1

5. Rauf Hüseynli – 20 yaş 7 gün
01.02.2020. “Zirə” – “Sabah” – 2:0