"Qarabağ"ın üzvü Araz Abdullayev "İnstagram"da canlı yayım edib.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi azarkeşlərin suallarını cavablandırıb.

28 yaşlı futbolçu "Messi, yoxsa Ronaldo?" sualına "Zlatan İbrahimoviç" deyə cavab verib.

Araz ölkə xaricindən hələlik heç bir rəsmi təklif almadığını da açıqlayıb.