FİFA qadınlardan ibarət milli komandaların reytinq siyahısını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandası 2020-ci ilin ilk cədvəlində 1321 xalla 76-cı pillədə qərarlaşıb.

Yığmamız ötən reytinq siyahısı ilə müqayisədə 1 pillə geriləyib. 2019-cu ilin dekabrında millimiz 1326 xalla 75-ci sırada idi.

Qeyd edək ki, 159 millii komandanın yer aldığı siyahıya ABŞ millisi başçılıq edir – 2181 xal. Almaniya 2090 xalla ikinci, Fransa isə 2036 xalla üçüncüdür.