"Qarabağ"ın qapıçısı Vaqner da Silva ölkəsinin mətbuatına koronavirusa görə Bakıdakı vəziyyətlə bağlı danışıb.

Offsideplus.az xəbər verir ki, "Globoesporte" nəşrinə açıqlama verən 34 yaşlı qolkiper küçələrdə insanların az olduğunu və ölkədə bir çox uçuşların ləğv edildiyini sözlərinə əlavə edib:

"Bakıda məktəblər üç həftədir ki, bağlıdır. Ticarət mərkəzləri işləmir, restoranlar məhdud saatlarda açıqdır. Qorxulu günlər yaşayırıq. Bunlardan əlavə İran Azərbaycanla həmsərhəddir, Çin və İtaliya ilə birlikdə koronavirusa görə ölüm hadisəsinin çox olduğu ölkələrdən biridir. İşə qayıtmaq üçün ikinci əmri gözləyirik. Bu pandemiyadan xəbərdar olmaq və hamının yaxşılığı barədə düşünmək vacibdir".