“Hüseyn Cəbrayiloğlunun “Futbol+”in 10 il hər ay klubdan 1000 manat reklam pulu alması haqqında fikri yumuşaq desəm, həqiqətə uyğun deyil”.

Bu sözləri Offsideplus.az-a açıqlamasında “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli deyib.

Həmkarımız “Xəzər Lənkəran”ın reklam əməkdaşlığından mətbu orqana 9000 manat borcu olduğunu da bildirib:

Mahir Rüstəmli

"Onların da mühasibatlığında çalışan adamlar sağdı, bizim də. Bu məsələ birbaşa mənə aid olmasa da, bildiyimə görə, əməkdaşlıq dövrünün son 1-2 ilində Hüseyn bəyin dediyi məbləq olub. Həmin pulun da 9 min manatını heç bir əsas olmadan ödəməyiblər. Mən yenə də “yıxılana balta vurmağın" tərəfdarı deyiləm. Allah Mübarizə bəyin qapısını açsın. Onun bütün bəlalarının - ən azı futbolla bağlı olanlarının - səbəbları isə Mais Mənsimovla Tuyqun Nadirovdur ki, bunu da nəinki bütün Azərbaycan, hətta dünya bilir”.