"Matça çox yaxşı hazırlaşmışdıq. Bunun nəticəsində asan qələbə qazandıq".

Bu sözləri Offsideplus.az-a açıqlamasında qadınlardan ibarət Polşa millisinin üzvü Eva Pajor deyib.

Hücumçu AVRO-2021-nin seçmə mərhələsində Azərbaycan millisini 0:5 hesabı ilə məğlub etməklərini şərh edib:

"Qalib gəldiyimiz üçün xoşbəxtəm. İlk hissədə hücumlardan yararlana bilmədik, lakin son dəqiqələrdə hücumlarımızı qolla yekunlaşdırdıq. 2 dəfə fərqləndiyimə görə də çox sevincliyəm".