Futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi bu gün AVRO-2021-in seçmə mərhələsində növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki,  D qrupunda yer alan yığma 4-cü sınağında Bakıda Polşa seçməsi ilə qarşılaşıb.

"ASK Arena"dakı görüş qonaqların 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Siyasət Əsgərovun baş məşqçi olduğu yığma buna qədər qrupda keçirdiyi oyunlarda İspaniya və Çexiyaya 0:4, Belarusa isə 1:3 hesabı ilə uduzub.

AVRO-2021, Seçmə mərhələ, IV tur

D qrupu

11 mart

18:00. Azərbaycan - Polşa 0:5

Hakimlər: Kristiana Mariana, Petruta Luqulesku, Daniela Konstantinesku

UEFA nümayəndəsi: Marta Atsori (İtaliya)