"Zirə" klubunun baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində "Səbail"i səfərdə 3:1 hesabıyla məğlub etdikləri oyundan sonra mətbuat konfransına qatılıb.

 Offsideplus.az xəbər verir ki, gənc mütəxəssis ilk olaraq oyun haqda danışıb:

“Son turlar rəqibimiz inamlı çxış edirdi. Biz isə 4 turdur qələbə qazana bilmirdik. Yaxşı başladıq, amma sonra təşəbbüsü əldən verdik. Fasilədən sonra yenidən oyunda əlaqələri qaydasına saldıq və qələbə qazana bildik".

O, həmçinin qış fasiləsindən sonra az şans verdiyi, bu dəfə sonradan oyuna buraxaraq matçda nöqtəni qoyan fransalı yarımmüdafiəçi Şafik Tiqruca ilə heç bir probleminin olmadığını da söyləyib:

"Sadəcə, uzun müddətdir zədəli idi, sağaldı, amma yenidən xəsarət aldı. İndi tədricən sıraya dönür".