Peşəkar Futbol Liqası ölkə çempionatında "Zirə" və "Neftçi"nin öz aralarında keçirəcəyi oyunlarda dəyişiklik edib.

Offsideplus.az PFL-in saytına istinadən xəbər verir ki, təqvimdə 3-cü dövrənin “Zirə” – “Neftçi” oyunu ilə 4-cü dövrənin “Neftçi” – “Zirə” görüşünün yeri dəyişdirilib.

Buna Avro-2020 ilə əlaqədar olaraq aprelin 12-dən etibarən “Bakcell Arena”da təmir işləri aparılması səbəb olub.