"Zirə"nin yeni transferi Emil Balayev klubun rəsmi saytına açıqlama verib.

Offsideplus.az xəbər verir ki, transferi ilə bağlı danışan Azərbaycan millisinin qapıçısı keçiddən məmnunluğunu bildirib: "Burada olduğuma görə şadam. "Zirə" hədəfləri olan maraqlı komandadır. Burada əvvəldən də yaxşı tanıdığım futbolçular var. Son vaxtlar nəticələr yaxşı olmasa da, komandanın uğur qazanacağına inanıram. Bunun üçün mən də bacardığımın ən yaxşısını etməyə çalışacağam".

Qeyd edək ki, 26 yaşlı qolkiperin "Zirə" ilə müqaviləsi mövsümün sonuna qədərdir.