Azərbaycan millisinin qapıçısı Emil Balayev "Zirə" klubu ilə müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı qolkiperlə mövsümün sonuna qədər müqavilə imzalanıb. Balayev yeni klubunda 12 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Emil Balayev son olaraq Qazaxıstanın "Tobol" komandasının formasını geyinib. Kluba ermənistanlı məşqçinin gəlişindən sonra ayrılmağa qərar verib.