Azərbaycan Premyer Liqasının XIX turununun "Qarabağ" - "Sabah" matçı bərabərliklə yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Jelko Sopiç oyundan sonra keçirilən mətbuat konfransında nəticədən razı qaldığını bildirib:

"Hər iki komandanı təbrik edirəm. "Qarabağ" çox yaxşı komandadır. Turnir cədvəlinin liderinə qarşı oyunda sənin yaxşı qapıçın və bir az da şansın olmalıdır. Bu gün şans bizim tərəfimizdə idi"

- Ruslan Abışovun durumu necədir?
- Ruslanın zədəsi əvvəl də var idi. Türkiyədəki məşqdən sonra zədəsi yeniləndi. Qərara gəldik ki, onun bərpa müddətini gözləyək. Zamanla onun zədəsi yaxşılaşacaq və Ruslanı meydanda görəcəyik.

- Nəticədən razı qaldınız, bəs oyundan?
- "Qarabağ"da Zubir, Romeo kimi super səviyyəli ulduzlar var. Biz də "Zirə" kimi açıq oynasaydıq, 0-6 uduzardıq. Qapıçımız Saşa bu gün çox yaxşı oynadı. 3-4 real qol vəziyyətin qarşısını aldı.

- Sayılmayan qolla bağlı nə deyə bilərsiniz?
- Hakimlər və belə epizodlar barədə danışmağı sevmirəm. Təmiz qol olduğu barədə məlumatım yoxdur. Çalışıram ki, hakimin qərarlarını müzakirə etməyim. Mən məşqçiyəm, hakim qərar verirsə, razılaşmalıyam.