Yığma komandamızın üzvü Riçard Almeydanın çıxış etdiyi "Baniyas" klubu Birləşmiş Ərəb Əmirlikləri çempionatında növbəti oyuna çıxıb.

Offsideplus.az xəbər verir ki, komanda 17-ci tur çərçivəsində doğma arenada "Şabab Al-Ahli" ilə qarşılaşıb və 0:1 hesabl ilə uduzub. Almeyda start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.

 

Qeyd edək ki, hazırda 20 xalı olan "Baniyas" 9-cu pillədədir.