17 yaşadək qızlardan ibarət milli komandamız UEFA İnkişaf turnirində növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Maltanın Ta Qali şəhərindəki “Centenary” stadionunda sözügedən ölkənin yığması ilə qarşılaşan futbolçularımız bu oyundan məğlub ayrılıblar - 0:2.

Xatırladaq ki, yığmamız ilk turda Cəbəllütariqə 2:0 hesabıyla qalib gəlsə də, ardından Şotlandiyaya 0:7 hesabı ilə uduzmuşdu.