AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Offsideplus.az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XVIII turunda baş verən xoşagəlməz hadisələrlə bağlı qərarlar verilib.

Premyer Liqanın XVIII turunun “Sabah” – “Səbail” oyununun 15-ci dəqiqəsində “Sabah” klubunun 20 nömrəli futbolçusu Yevgeni Koçuk kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur;

Xərək daşıyanların yaşı 18-dən aşağı olduğu üçün “Sabah” 800 manat cərimə olunur;

Premyer Liqanın XVIII turunun “Qarabağ” – “Sumqayıt” oyununda “Qarabağ” klubunun 11 nömrəli futbolçusu Mahir Emreli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;

Oyunöncəsi iclasda polis nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə “Qarabağ” klubu 400 manat cərimə olunur;

Premyer Liqanın XVIII turunun “Qəbələ” – “Neftçi” görüşünün oyunöncəsi iclasında təcili yardım nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə “Qəbələ” klubu 400 manat cərimə olunur;