“Neftçi”nin futbolçusu Baqali Dabo Premyer Liqada 40-cı qolunu vurub.

Offsideplus.az xəbər verir ki, fransalı hücumçunun yubiley qolu XVIII turda “Qəbələ”ni səfərdə 2:0 hesabı ilə yendikləri görüşə təsadüf edib. Ölkə çempionatında 2016/2017 mövsümündə debüt edən forvard 40-cı qolunu 82-ci matçında vurmağa müvəffəq olub. 

“Qəbələ”də çıxış etdiyi 2 mövsümdə 43 oyuna 20 dəfə fərqlənən forvard sabiq klubunun qapısına yol tapmaqla “Neftçi”dəki qol sayını da 20-yə yüksəldib. O, paytaxt klubunda 39-cu matçda bunu bacarıb.