Azərbaycan Premyer Liqasının 2019/2020-ci illər mövsümünün XVII turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, “InStat”ın təhlilinə əsasən,349 göstərici ilə “Qarabağ”ın yarımmüdafiəçisi Abdulla Zubir turun oyunçusu seçilib. Fransız futbolçu “Zirə”yə qarşı görüşdə (6:0) 90 dəqiqə meydanda olub, 1 qol, 1 məhsuldar və 3 açar ötürmə ilə yadda qalıb.