“Sabah” klubunun baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının 17-ci turunda “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, o, 70-75 dəqiqə gözəl oynadıqlarını bildirib:

"90 dəqiqə yüksək səviyyədə oynaya bilmərik, biz "Barselona" deyilik. Buraya gələndən sonra ilk dəfə ən yaxşı 70-75 dəqiqəlik oyunumuz idi. "Sumqayıt"ın formada olduğunu bilirdik. Yarımmüdafiəçiləri güclü idi. Bu üzdən onların paslaşmasına icazə vermək istəmirdik. Heyətdə 3 limit oyunçu var idi. Kim özünü göstərəcəksə, onlar da oynayacaq. Lazım gəlsə, 5 gənc də oynadarıq. Komandadakı bütün futbolçular mənim üçün eynidi. Adı olub, heç nə etməyən oyunçunu nə edirəm?”.