AFFA Klublar Komitəsinin (KK) növbəti iclası keçiriləcək.

Offsideplus.az xəbər verir ki, “Bulvar Otel”dəki görüş saat 11:00-da başlayacaq. 2018-ci ilin ilk iclasında komitəyə yeni sədr seçiləcək. KK-ya son olaraq ötən ay “Neftçi”nin prezidenti vəzifəsindən ayrılan Orxan Hüseynzadə başçılıq edirdi.