"Komandada hamı "Keşlə" ilə oyunda qazandığımz üç xaldan razıdır. Növbəti oyunlarda da qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Səbail"in futbolçusu Rahid Əmirquliyev  Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində doğma meydanda "Qəbələ" ilə keçirəcəkləri oyun haqqında danışarkən deyib.

Futbolçu bildirib ki, fkirləri növbəti turda "Qəbələ" ilə oyuna yönəlib:

"Bu, bizim üçün vacib oyundur, "Qəbələ" ilə xal fərqini artırmalıyıq".

Qeyd edək ki, fevralın 16-da "ASCO Arena"da keçiriləcək qarşılaşma saat 16:30-da başlayacaq.