Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Qəbələ” ilə qarşılaşacaq “Səbail” klubunun futbolçusu Rahid Əmirquliyev açıqlama verib.

Offsideplus.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan kapitan, komandada əhval-ruhiyyənin yüksək olduğunu deyib:

“Komandada hamı “Keşlə”yə qarşı qazandığımız üç xaldan razıdır. Növbəti oyunlarda da qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Fikirlərimiz növbəti turda “Qəbələ” ilə oyuna yönəlib. Bu, bizim üçün vacib oyundur, “Qəbələ” ilə xal fərqini artırmalıyıq”.

Qeyd edək ki, “Səbail” – “Qəbələ” oyunu bazar günü, saat 16:30-da start götürəcək.