“Neftçi”nin sabiq baş məşqçisi Elxan Abdullayev AFFA-dan cavab gözləyir.

Offsideplus.az "Matc.az"a istinadla xəbər verir ki, Abdullayevə U-18 millimizi çalışdırması təklif edilib. 50 yaşlı çalışdırıcı isə təkliflə bağlı öz şərtlərini bildirib. Federasiya rəhbərliyi  hələlik Abdullayevə heç bir cavab verməyib. Əgər onun şərtləri qəbul edilərsə, Elxan Abdullayevin millini çalışdırmaq ehtimalı yaranacaq. Hələlik isə o, təkliflə bağlı  konkret fikir bildirməyib.

Qeyd edək ki, Elxan Abdullayev 2016-2017-ci illərdə “Neftçi”in baş məşqçisi olub