Argentina millisinin baş məşqçisi Xorxe Sampaolini polis saxlayıb.

Offsideplus.az xəbər verir ki, buna onun sərxoş halda maşın idarə etməsi səbəb olub. Hadisə X.Sampaolinin Santa-Fe əyalətinin Kasilda şəhərində qızının toyundan qayıdan zaman baş verib.

Sampaoli ilə polis arasında mübahisə düşüb. O, mübahisədən sonra avtomobili tərk edərək yaxınlıqdakı otellərdən birinə yollanıb. Sampaoliyə hansı sanksiya tətbiq edildiyi məlum deyil.