Azərbaycan çempionu "Qarabağ"ın ən bahalı futbolçusu Abdullah Zubirdir.

Offsideplus.az "Transfermarkt"a istinadən xəbər verir ki, mərakeş əsilli futbolçuya 1 milyon 600 min avro qiymət qoyulub. O, ötən siyahı ilə müqayisədə dəyərini 100 min avro artırıb.
"Qarabağ"ın ən bahalı oyunçuları siyahısında 2-3-cü yerləri Flip Ozobiçlə Maksim Medvedev tutur. Onların transfer qiyməti 1 milyon 300 min avrodur. Ozobiçin transfer dəyəri 200 min avro azalıbsa, Medvedev qiymətini sabit saxlayıb. 
Növbəti yerləri millimizin üzvləri - Bədavi Hüseynov və Mahir Emreli tutur - 1 milyon 200 min avro. Hər iki futbolçunun transfer qiyməti sabit qalıb. 
6-7-ci yerlərdə isə Aylton Silva və Qara Qarayev qərarlaşıb. Onlara 1 milyon 100 min avro qiymət qoyulub.