Dünən baş tutan “Keşlə” – “Qəbələ” matçı xoşagəlməz olayla da yadda qaldı.

Premyer Liqanın heç-heçə (1:1) başa çatan bu oyununun gedişində məşqçi – futbolçu davranışının eybəcərliyi üzə çıxdı. Offsideplus.az “futbolinfo”ya istinadən xəbər verir ki, uşaq futbolunda adət etdiyimiz futbolçunun təhqir edilməsi olayı bu dəfə 20-ci tur matçında yaşandı. Və yenə baş rolda yaşlı-başlı məşqçi idi.