"Zirə" klubunun baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, gənc mütəxəsis əvvəlcə oyun haqda danışıb:

"Oyun göstərdi ki, Ayxan Abbasovun adı əbəs yerə milliyə namizəd göstərilməyib. Həqiqətən də bizi üstələdilər. Bu, yerində olan məğlubiyyət idi. Çox göylərə qalxmaq lazım deyil. Əsas oyunlar bundan sonra olacaq. Sumqayıtlı olmağım məndə dərin hisslər yaratmayıb".

O, qırmızı vərəqə alan oyunçularının məsələsinə klubdaxili iclasda baxacağını söyləyib:

"Komanda 9 nəfərlə qaldıqdan sonra daha inamlı təsir bağışladı. Bu xoşuma gəldi".