Azərbaycan Premyer Liqasının XVI turunda "Sabah" "Qəbələ"yə qalib gəlib - 3:2.

Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra meydan sahiblərinin baş məşqçisi Jelko Sopiç qələbəni şərh edib:

"Uzun müddətdir qələbə qazandıq. "Qəbələ" ilk hücumda qol vurdu. Oyunçularım mübarizə göstərib qələbə qazandılar. Bəzi futbolçular komandaya gec qoşuldular. Bu da hazır olmağımız üçün çətinlik yaradır. Günbəgün

- İrəliləyən dövrdə də "Sabah"ı 2 hücumçu ilə oynaya görəcəyikmi?

- Keçmiş oyunlarımızda qol vura bilməmişik. Artıq 2 hücumçumuz var: Deviç və Rodrigez. Onların hər ikisi də təcrübəlidirlər. Lakin hazır deyillər. Kim tam qüvvəsində olsa, o da oynayacaq.

Sopiç sonda hakimlərdən şikayətçi olduğunu bildirib:

Ümumiyyətlə hakimliklə danışmaq istəmirəm. Dünən "Real Madrid" - "Real Sosyedad" matçında 3 dəfə VAR-a müraciət olundu, amma 5 dəqiqə əlavə olundu. Bizim oyunda isə 7 dəqiqə artırılma dəqiqəsi oldu. Hakim hesablamanı düzgün aparmalıdır. Bəzən 2 dəqiqə hər şeyi həll edir. Hər iki komandanı əzmkar müzakirəyə görə təbrik edirəm"

İlkin Sultanlı